Boston şəhər məhkəməsi ABŞ hökumətinin Harvard Universitetinə əcnəbi tələbələrin qəbulunu məhdudlaşdıran qərarını ləğv edib.
Demokrat.az xəbər verir ki, məhkəmənin qərarı Universitetin iddiası əsasında çıxarılıb. 389 yaşlı təhsil ocağı iddia ərizəsində hökumətin bu addımını Konstitusiyaya zidd hesab edib.
Universitetin açıqlamasında qeyd olunur ki, hazırda təhsil ocağında 6800 əcnəbi təhsil alır. Tələbə kontingentinin 27 faizi xaricilərdir. ABŞ vətəndaşı olmayan şəxslərin qəbulunun dayandırılması Universitetin nüfuzuna zərbə vura, böyük layihələrin icrasına mane ola bilər.