Ukrayna XİN başçısı İlham Əliyevə təşəkkür etdi

XARİCİ SİYASƏT 25 may 2025, 11:42
Mən şəxsən Prezident Əliyevə Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, qış dövründə humanitar və enerji yardımına görə təşəkkür etdim.

Demokrat.az-ın xəbərinə görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“İlham Əliyev Bakıda. Biz Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin əsas mövzuları və beynəlxalq gündəm ətrafında açıq və ətraflı müzakirə apardıq. Biz Rusiyanın təcavüzünə necə son qoyacağımız və ədalətli və davamlı sülhün necə bərqərar olacağına xüsusi diqqət yetirdik.

Biz Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının inkişafı istiqamətində növbəti addımları müzakirə etdik. Azərbaycanın bu il iyulun 10-11-də Romada keçirilməsi planlaşdırılan Ukraynanın Bərpası Konfransında iştirakı bu baxımdan əhəmiyyətli olacaq”, - deyə Andrey Sibiqa qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top