İlham Əliyev İordaniya Kralına təbrik ünvanlayıb

XARİCİ SİYASƏT 25 may 2025, 10:25
Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik ünvanlayıb.

Demokrat.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top