Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 yanvar – 1 iyun 2025-ci il tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib.
Bundan başqa, mühərrik və aviasiya benzinləri istisna olmaqla bütün benzin növlərinin, eləcə də digər qazoyllar, o cümlədən dizel yanacağının ölkəyə idxalı üçün aksiz dərəcəsi iyunun 1-nə qədər hər ton üçün 1 manat, iyunun 1-dən sonra isə 200 manat müəyyən edilib. Nəzərə alaq ki, 2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb/
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə benzin qiymətlərində hər hansı artım gözlənilmir və son dövrlərdə müzakirə edilən məsələlərin qiymətlərə birbaşa təsiri yoxdur:

“Baxmayaraq ki, Nizami rayonunda yeni neft emalı zavoduna ciddi investisiya qoyulub. Hətta Aİ-95 markalı benzin istehsalı nəzərdə tutulsa da, istehsal olunmayıb. Hətta Aİ-92 markalı benzin də xaricdən idxal olunur. Belə bir rüsvayçı vəziyyət yaranıb. Bu tənzimləmə daha çox idxalın həcmi və aksiz vergilərinin dəyişdirilməsi ilə əlaqədardır. Məqsəd əlavə xərclərin qarşısını almaq və idxalı balanslaşdırmaqdır. Qiymət artımı artıq 2023-cü ilin iyul ayında baş verib və onun inflyasiya təsiri hələ də davam edir. Bu artım vətəndaşların cibinə ciddi təsir göstərib, ərzaq, kənd təsərrüfatı məhsulları və tikinti materiallarının bahalaşmasına səbəb olub. Nəticə olaraq, mövcud iqtisadi vəziyyətdə vətəndaşların hələ də əvvəlki qiymət artımını həzm edə bilmədiyini nəzərə alaraq, yeni artımın gündəmdə olmadığı bildirilir.
Leyla Turan
Demokrat.az