"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

SİYASƏT 23 may 2025, 09:21
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

Demokrat.az  "Report"a istinadla xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164.2 milyon manat, xərcləri isə 37 milyard 719.7 milyon manat təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5.5% və 3.5% çoxdur.

Son nəticədə ötən il büdcədə 555.5 milyon manat və yaxud ümumi daxili məhsulun 0.4%-i qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37.1% azdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top