“Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra Xankəndi şəhərində ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanı keçiriləcək”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
Ekspert bildirib ki, bu, həm rəmzi, həm də tarixi baxımdan olduqca önəmli və sevindirici hadisə kimi qiymətləndirilir:

“Xankəndidə imtahanın təşkili təhsil infrastrukturunun sürətlə bərpa olunduğunun göstəricisidir. Baxmayaraq ki, imtahan verəcək şagirdlərin sayı çox deyil, prosesin başlanması özü böyük əhəmiyyət daşıyır.Bu hadisə təkcə bir imtahan proseduru deyil, həm də zəfərin, qayıdışın və inkişafın simvoludur. Son illər ərzində Xankəndi şəhərində məktəblər, uşaq bağçaları, ali təhsil müəssisəsi və klinika fəaliyyətə başlayıb. Artıq bu bölgədə həyatın normallaşması istiqamətində ciddi addımlar atılır. Dövlətin və aidiyyəti qurumların bu cür təşəbbüsləri, xüsusilə də təhsilin bərpasına verdiyi önəm, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 5-6 il öncə bunlar bizim üçün xəyal idi. Bu gün isə artıq gerçəkdir. Bunlar hamısı 1-2 il ərzində olub. Bu çox sevindirici haldır”.
Leyla Turan
Demokrat.az