Bakıda 45 yaşlı kişi sevgilisini döydü — TƏFƏRRÜAT

HADİSƏ 21 may 2025, 11:06
Bakının Nəsimi rayonunda sevgililər arasında yaranan mübahisə cinayətin baş verməsinə səbəb olub. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Sverdlovsk küçəsində yerləşən mənzillərdən birində baş verib. 

Ağcabədi rayon sakini, 1980-ci il təvəllüdlü İmran qeyd olunan mənzildə birlikdə yaşadığı qeyri-rəsmi münasibətdə olduğu Mədinə ilə aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı onu qəsdən yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən İmranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İmran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, hadisə günü, saat 16 radələrində yaşadığı evə gələrək qapını döyüb: 

“Lakin qapını gec açdığına görə Mədinə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək yumruqla onun sol çiyin-kürək nahiyəsinə bir zərbə vuraraq onu döydüm”. 

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İmran aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum olunub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top