Cihangir İşbilir: “Ən böyük zənginliyimiz olan ailə dəyərlərini qorumaq üçün əlimizdən gələni etməliyik”
“Türkiyədə bu il “Ailə ili” elan edilib. Dünyada baş verən müəyyən proseslər, sosial medianın əhatəsinin genişlənməsi və bir sıra səbəblərdən ailə dəyərlərimiz zərər görür. Ailə dəyərləri cəmiyyətin, toplumun özəyidir. Düşünürəm ki, ailə dəyərlərini qorumaq üçün millət olaraq səfərbər olmaq lazımdır. Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün, eləcə də bütün Türk xalqları üçün ailə çox böyük önəm kəsb edir.”
Lider-media.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir mayın 22-də “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda Bakıda keçiriləcək elmi-praktik konfransla bağlı saytımıza açıqlamasında deyib.
Konfransın təşkilini yüksək qiymətləndirən Cihangir İşbilir bildirib ki, tədbirin keçirilməsində məqsəd müasir dövrdə ailə dəyərlərimizə diqqəti cəlb etməkdir. Onun sözlərinə görə, bütün məcralarda ailə dəyərlərimizi qorumaq və yaşatmaq üçün birgə səy göstərməlıyik.
“Ən böyük zənginliyimiz olan ailə dəyərlərini qorumaq üçün əlimizdən gələni etməliyik”, - deyə o vurğulayıb.