"Bizdə isə bu 50%-dir" — Natiq Cəfərli

İQTİSADİ 20 may 2025, 19:26
2020-2024-cü illərdə Azərbaycanda istehlakçılar tərəfindən içki və tütün məmulatlarına 12 milyard 206.5 milyon manat xərclənib. Ümumiyətlə, 2020-2024-cü illərdə ölkədə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50.5 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 44.8 faizi isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki,  hər il yalnız ərzaq və ərzaq məhsullarına təxminən 29 milyard manata yaxın vəsait xərclənir:

“Ölkə üzrə ərzaq məhsullarına xərclənən vəsait ümumi vəsaitin 50 %-ni təşkil edir. Bu heç də yaxşı rəqəm deyil.  Bu, kasıb ölkələrə xas bir rəqəmdir, çünki inkişaf etmiş ölkələrdə xərclərin 20 %-ə yaxını ərzağa xərclənir. Bizdə isə bu 50%-dir. Bu da əhalinin kasıb olmasından, yəni  çox varlı olmamasından xəbər verir.”

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 00:10
Top