İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu — FOTO

MƏDƏNİYYƏT 20 may 2025, 13:51
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib. 

Qeyd edək ki, bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsin müdiri təyin edilib. 

Fuad Xəlilov bundan əvvvəl mobil cihazlarınızın alışı və satışını həyata keçirən "EasyCep Azərbaycan" Şirkətinin İdarə Heyətinin sədri olub. 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top