Yaddaş pozğunluğu olan şəxsin məhkəmədə şahidliyi NƏZƏRƏ ALINIR?

GÜNDƏM 19 may 2025, 22:48
Məhkəmələrdə cinayətkarın cinayətini sübut etmək üçün dəlillərlə yanaşı, şahid ifadələrinə də yer verilir. Şahidlərin ifadələri ilkin istintaq və digər məhkəmələrdə verilən ifadələrlə tutuşdurulur, eyniliyi, fərqli məqamları yoxlanılır. Çünki şahidlərin ifadələri cinayətin sübuta yetirilməsində mühüm rol oynayır.

Bildiyimiz kimi, bəzi cinayətlərin üstünün açılması, cinayətkarların təyin edilməsi üçün böyük zaman sərf olunur, hətta məhkəmələr illərlə sürür. Belə olduqda şahidlərin səhhətində də müəyyən problemlər yaranır

Bəs maraqlıdır ki, şahidlərdə yaddaş pozğunluğu ilə müşayiət olunan alzeymer kimi xəstəliklər yaranarsa, bu, məhkəmə prosesinə necə təsir edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Mustafayev deyib ki, şahid mütləq şəkildə anlaqlı olmalıdır:
 
“Şahid, həmçinin, İfadə verməmişdən qabaq həqiqəti danışacağına dair and içir. Eyni zamanda, iltizama imza atır. Yəni şahidlik mülkü işlə bağlıdırsa, bu zaman inzibati məsuliyyət daşıyır, əgər cinayət işi ilə bağlıdırsa, əlbəttə ki, yalan ifadə verdiyi təqdirdə cinayət məsuliyyəti daşıyır.

Qarşı tərəf əgər ifadə verən şahidin anlaqlı olmadığını sübut edərsə, yəni xəstəliyi, yaddaş pozğunluğu var, hansılar ki, onun düzgün və həqiqi məlumatlar verməkdən məhrum edir, belə olan təqdirdə onun şahidliyi nəzərə alınmayacaq və sübut kimi qiymətləndirilməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top