Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 2025-ci ilin yanvar-aprel ayları ərzində 55 milyon 968 min manatdan çox olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 59,2 milyon manat təşkil etmişdi.
Azalmaya səbəb nədir?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu azalmasının səbəbi çox güman ki, sahibkar və iaşə obyektlərindən qaynaqlanır:
“Çünki ticarət dövriyyəsində elə bir azalma yoxdur. Yəni insanların pərakəndə satış məntəqələrində xərclədiyi vəsaitlərdə azalma yoxdur. Deməli bəzi müəssisələrdə, ictimai iaşə, pərakəndə ticarət və s. sahələrdə ƏDV-li çeklərlə bağlı problemlər var. Rəsmi statistikada görünən azalma da bunun siqnalıdır. Məsələ kifayət qədər ciddidir.
Vətəndaşlar “ƏDV geri al” proqramına çox öyrəşiblər. Bu proqrama qoşulanların da sayı sürətlə artır. Ona görə də ola bilsin ki, vətəndaşlar aldıqları çeki “oxuda” bilmirlər. Ya da vətəndaşlara verilənlər rəsmi çeklər deyil. Yəni bu məsələ çox ciddidir. Ona görə də müvafiq qurumlar məsələyə diqqət etməlidirlər. Bu məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Çünki xidmət sahələrində vətəndaşlara ƏDV çeki verilmirsə, bu artıq vergidən yayınmadır”.