Rembo barədə yeni film çəkiləcək

ŞOU-BİZNES 17 may 2025, 09:28
"Millennium Media" prodüser şirkəti Kann Film Festivalında məşhur ABŞ döyüş filmləri silsiləsinin baş qəhrəmanı Con Rembo haqqında yeni film layihəsini təqdim edib.

"Con Rembo" adlanacaq filmi çox güman ki, fin rejissor Yalmar Helander çəkəcək. Ssenarisi isə Rori Heyns və Sohrab Noşirvani tərəfindən yazılacaq.

Oxu.Az "Deadline"a istinadən xəbər verir ki, yeni film məşhur seriyanın prikveli olacaq və "İlk qan" filmindən əvvəl baş verən hadisələrdən, gənc Con Rembonun Vyetnam müharibəsindəki macəralarından bəhs edəcək.

Hazırda 78 yaşlı Silvestr Stallonenin yerinə keçə biləcək aktyor axtarışları davam edir. Stallone özü keçən il amerikalı televiziya aparıcısı Cimmi Kimmelə veridiyi müsahibədə bu rolu Rayan Qoslinqin ifa etməsini arzuladığını bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top