"Son zəng" geyimi ilə bağlı məktəblərə təlimat verildi

GÜNDƏM 16 may 2025, 21:57
Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top