“O uşaqlar valideynin əlindən alınmalıdır”

SİYASƏT 16 may 2025, 13:32
“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına qeyd olunur ki, reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən 616 azyaşlı müəyyən edilib, onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn barədə tədbirlər görülüb. Uşaqlarını dilənçiliyə sövq edən hansı valideyn olar? O uşaqları həmin valideynə qaytardınsa, deməli, onlar yenə də bu fəaliyyətə yönləndiriləcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Dövlət xüsusi mexanizmi tətbiq etməlidir, internat məktəbi yaratmaq olar. Küçədə dilənçilik edən uşaq tutuldusa, dərhal ora göndərilməlidir və valideynin əlindən alınmalıdır. O uşaqlara dövlət sahib çıxmalı, yenidən küçəyə qayıtmasına imkan tanımamalıdır. Sosial şəbəkədə də gördük, bir-birinə fiziki xəsarət yetirən dilənçi uşaqların polis qayğısına qalır, davanı yatızdıra bilir. Amma bu, çıxış yolu deyil axı!”, - deyə millət vəkili qeyd edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top