Elza Seyidcahan müəllimləri buna görə tənqid etdi

ŞOU-BİZNES 15 may 2025, 19:41

"Qarşıdan "Son zəng" gəlir. Tədbirlərdə çıxış edirəm. "Ağ çiçəyim" mahnısını oxuyuram. Əgər uşaqlar "çiçək" sözünü düzgün tələffüs etmirlərsə, müəllim onun səhvini düzəltməlidir. Ona quyruqlu 2 yazmalıdır ki, get "ç", "c", "k", "z", "s"larını düzəlt. 6 hərf bizdə uçuruma gedir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Gün ortası" verilişində deyib. Müğənni uşaqların nitqində olan qüsürlara görə müəllimləri qınayıb:

"Sovet dövrünün elə qanunları var idi ki, onları qoruyub saxlamalıyıq. Vacib deyil ki, bizə əmr versinlər. İnsanı azad buraxanda o demək deyil ki, yaxşı qanunları pozmalısan. "C" ilə danışanlar gedib ali məktəbi bitirir, müğənni olurlar. Mən onlara bunu irad tuturam. Onlar mənə "çox sağ ol" deyirlər ki, bunu bu günə qədər bizə nə valideynimiz, nə müəllimimiz deyib. Valideyn deməyə bilər, onu qınamıram, ola bilər savadı yoxdur. Bəzi müəllimlərimiz, bəs siz buna niyə ciddi fikir vermirsiniz? Əlifbamızın hərflərini niyə düzgün formada uşaqlara öyrətmirsiniz? Bəs uşaq məktəbə gedəndə 10 kiloqramlıq çantanı niyə daşıyır?".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top