Fransanın xarici işlər naziri Jan-Noel Barro Ukrayna prezidenti Vladimir Zelenskini məhz mayın 15-də – Putinin təklif etdiyi gündə – danışıqlar üçün Türkiyəyə gəldiyinə görə tərifləyib.
Bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
“Ancaq Putinin yerində boş kreslo olacaq”, - deyə fransalı nazir NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısında deyib.
O, əlavə edib ki, Putin maneələr qoyur, hətta prezident Tramp vasitəçi olmaq istəyini və niyyətini bildirsə belə, sülh danışıqlarına başlamaq niyyətində olmadığını açıq şəkildə nümayiş etdirir.(savashmedia.az)


