Vaskes “Real”dan gedir

İDMAN 14 may 2025, 08:50
“Real”ın futbolçusu Lukas Vaskes mövsümün sonunda İspaniya nəhəngini tərk edəcək.

Demokrat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

33 yaşlı müdafiəçi klublararası dünya çempionatından sonra Madrid klubundan azad agent kimi ayrılacaq.

Qeyd edək ki, ispaniyalı futbolçu 2007-ci ildən “Real”ın şərəfini qoruyur. O, əsas komandada 398 oyun keçirib, dörd dəfə İspaniya çempionu, beş dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top