Gülnarədən boşanma iddialarına cavab

ŞOU-BİZNES 13 may 2025, 23:56
Bir neçə aydır Azərbayacana qayıdan aparıcı Gülnarə Məmmədova boşanması haqda yayılan iddialara cavab verib.

Axşam.az xəbər verir ki, o, bu barədə "Xəbərin var" verilişində danışıb. Gülnarə həyat yoldaşından ayrılmadığını bildirib:

"Bəzı izləyicilərə qəribə gəlir ki, Gülnarə niyə Azərbaycana qayıdıb. Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil? Və ya vətəninə gəlmək istəyən adam mütləq boşanmalıdır ? Elə bir şey yoxdur, yalan söhbətdir. Vallah, boşanmamışam. Olsa, deyərəm, burada gizlədəcək bir şey yoxdur. Yoldaşım işinə görə gedib-gəlir. Burada iş qurmaq istəyir, çünki Azərbaycana köçmək istəyirik. Uşağımı burada böyütmək istəyirəm. Yoldaşım ticarətlə məşğuldur, o da Azərbaycanı çox sevir. Azərbaycan dilində təmiz danışır".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top