Ramaldan danışıb ağladı — VİDEO

MƏDƏNİYYƏT 13 may 2025, 20:10

"Tənbəl deyil, elə deyib ürəyini qırmayın. Tənbəl olsaydı, o boyda əsərlər yaratmazdı. Efirə çox getmir, görünmür. O qədər gözəl oxuyanlar var ki, biz istirahət edək".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Həftənin qonağı" verilişində deyib. Müğənni qardaşı oğlu Ramal İsrafilovdan danışıb. Ramalı müdafiə edən M.Eyubova ağlayıb:

"Ramalı o qədər çox istəyirəm ki... Birlikdə efirə gedəndə sürücümə deyirəm, sür Ramalın qapısına. O da yatır, sürücüyə deyirəm ki, sındır qapısını. Onu oyadıb aparıram. İzzət Bağırovun verilişinə gedəndə dedim, özün danış. Ramalla danışdım, dedi, gəlib götürəcəklər, istəyirsən səni də götürüm? Dedim, yox, amma özü gecikdi efirə. Düşünürdülər ki, hirslənəcəyəm, deyəcəyəm, gedirəm. Ramal gəldi, üzündə şeytan tükü var. Qucaqladım, kövrəldim (ağlayır - red.). Qardaşım rəhmətə gedəndən sonra düşünürəm ki, onlarla daha da yaxın olmalıyam. Yadıma qardaşım düşdü, dedim qardaşımın yadigarlarıdır. Onları çox sevirəm. Bacı, qardaşıma verə bilmədiyim sevgini balalarında tapıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 may 2025, 23:30
Top