İtaliyalı rəssam görünməz heykəlini 18 min dollara satıb

DÜNYA 13 may 2025, 18:20
İtaliyalı rəssam görünməz heykəlini 18 min dollara satıb.

Demokrat.az xəbər verir ki, bu barədə "The Independent" yazır.

“Qeyri-maddi sənət əsəri” kimi xarakterizə edilən əsər Art-Rite tərəfindən hərraca çıxarılıb.

Alıcı təkcə unikal sənət əsəri deyil, həm də orijinallıq sertifikatı, həmçinin heykəli iki-iki metr ölçüdə, maneəsiz bir yerdə nümayiş etdirmək tövsiyəsi alıb.

Heykəl tamamilə görünməz olsa da, Qarau onun konsepsiyasını fiziki və fəlsəfi fikirlərlə izah edib. O bildirib ki, Heisenbergin qeyri-müəyyənlik prinsipinə görə, boş yer hissəciklərə, o cümlədən insanlara çevrilə bilən enerji ilə doldurulur. Bu, Qaraunun yaratdığı ilk görünməz sənət əsəri deyil. 
 
Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 may 2025, 23:30
Top