4 ölkənin lideri Kiyevdədir

DÜNYA 10 may 2025, 11:29
Almaniyanın yeni Kansleri Fridrix Mertz, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer danışıqlar üçün Kiyevə gediblər.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
 
Həmçinin Fransa Prezidenti “X” hesabında Aİ liderlərinin danışıqlar masası arxasında çəkilmiş şəkli ilə birgə paylaşım edib. O, 4 dildə - fransız, ingilis, alman və polyak dillərində yazıb: “Kiyev yolunda. Ukrayna üçün. Avropa üçün”.
 
Dövlət rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyev rejiminə dəstək və yeni məsələləri müzakirə etmək üçün görüşəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 may 2025, 14:25
Top