Hakan Fidan sui-qəsdə məruz qaldığını açıqladı

DÜNYA 10 may 2025, 09:02
Türkiyənin xarici işlər naziri Hakan Fidan 4-5 il bundan əvvəl sui-qəsdə məruz qalıb. O bu haqda heç vaxt açıqlama verməyib.

Hakan Fidan bunu haqda televiziya verilişlərdindən birində danışıb.

"Mənə ağır dozada arsen və civə verilmişdi. Harada olduğunu bilmirəm. Daha sonra analiz nəticəsində üzə çıxdı. Bu səbəbdən bir müddət müalicə aldım", - o deyib.

Ona qarşı sui-qəsdin kim tərəfindən həyata keçirilməsi ilə bağlı suala isə o belə cavab verib: "Gəlin o detallara girməyək. Bunlar çöldə baş verən məsələlərdir. Təkcə içəridə düşmən yoxdur, hər yerdə düşmən var". (APA)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 may 2025, 11:56
Top