Hacıqabulda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi — FOTOLAR

GÜNDƏM 10 may 2025, 14:52
Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramı keçirildi.
 
XX əsr Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən biri olan, öz həyat salnaməsi ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan, öz millətinə, xalqına həmişə sədaqətlə xidmət edən və bu xidmətləri ilə Azərbaycanlıların qəlbində, yaddaşında əbədiləşən Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür. Bu münasibətlə Hacıqabul rayonunda silsilə tədbirlər keçirilib.
 
10 may 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilatların kollektivləri, eləcə də rayonun aktiv sakinlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
 
Tədbirin davamı olaraq Heydər Əliyev parkında yerləşən açıq kinoteatrda bayram konserti təşkil olundu. Konsertdə Respublikanın tanınmış müğənniləri, əməkdar artistlər Firüzə İbadova, Rühəngiz Allahverdiyeva, əməkdar mədəniyyət işçisi aşıq Zülfiyyə, Aqşın qrupu, Meydan Əsgərov, İlahə İbadova, Ələkbər Əkbərov musiqi nömrələri ilə çıxış etdilər.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top