Tofiq Yaqublu qızının xahişi ilə aclıq aksiyasını dayandırdı

GÜNDƏM 10 may 2025, 17:22
Hazırda həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.
 
"İndicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu tək onun ölümü yox, həm də mənim və körpəmin ölümü demək idi. O ruhən elə vəziyyətdə idi ki, körpəmin həyatının təhlükə altında olduğunu belə deyə bilmədim. Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim. O da bununla razılaşdı və aclığı dayandırdı". - Nigar Həzi bildirib. 
 
Qeyd edək ki, o, 40 gündür aclıq aksiyası keçirirdi. Səhhəti pisləşdiyinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. 
 
Xatırladaq ki, Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Penitensiar Xidmətdən xəbəri təsdiqləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top