Prezident: İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək

DAXİLİ SİYASƏT 10 may 2025, 16:34
Bütün bu əzablı illər (işğal illəri - red.) arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır.
 
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə bildirib.
 
Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top