Müasir aviasiya tarixində ən böyük döyüşlərdən biri baş verib

DÜNYA 08 may 2025, 19:50
Müasir aviasiya tarixində ən böyük və ən uzun döyüşlərdən biri Hindistan və Pakistan arasında baş verib. 

Demokrat.az
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr bildirir ki, iki ölkənin qırıcıları arasında baş verən toqquşmada beş Hindistan təyyarəsi vurulub. Bir saatdan çox davam edən döyüşdə ümumilikdə 125 döyüş  təyyarəsi iştirak edib. 

Münaqişə tərəflərindən heç biri öz ölkəsinin hava məkanını tərk etməyib. Mənbələr raket mübadiləsinin bəzən 160 kilometri keçən məsafələrdə baş verdiyini bildirir. Mayın 7-nə keçən gecə Hindistan “Sindoor” əməliyyatına başladığını elan edib.


Əfsanə Kamal
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top