Rusiya Tayvan mövzusunda Çini dəstəkləyib

DÜNYA 08 may 2025, 19:36
Rusiya tərəfi “vahid Çin ”prinsipinə sadiqliyini vurğulayaraq , Tayvanın ÇXR-in ayrılmaz hissəsi olduğunu bildirib.

Demokrat.az
xəbər verir ki, bu barədə iki ölkənin Qələbənin 80 illiyi münasibətilə əməkdaşlığın daha da dərinləşdirilməsinə dair birgə bəyanatında deyilir.

 Bəyanatda deyilir ki, Rusiya dünyada yalnız bir Çinin olduğunu, Tayvanın onun ayrılmaz hissəsi olduğunu və Çin Xalq Respublikasının hökumətinin bütün Çini təmsil edən yeganə legitim hökumət olduğunu qəbul edir.

Qeyd olunur ki, Moskva Pekinin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün addımlarını qətiyyətlə dəstəkləyir.


Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top