Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çilinin xarici işlər naziri Alberto van Klaveren ilə görüşüb.
Demokrat.az xəbər verir ki, görüş zamanı tərəflər Çili və Azərbaycan arasında münasibətlərin perspektivlərini müzakirə ediblər.
Görüşdə Çili ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi, qarşılıqlı səfərlərin və siyasi, iqtisadi, mədəni və parlamentlərarası əməkdaşlıq sahələrində işlərin davam etdirilməsi, fikir mübadilələrinin aparılması barədə razılıq əldə edilib.
Eyni zamanda, Çili xarici işlər nazirinə Azərbaycanla Ermənistan arasında sülh prosesinin indiki durumu və perspektivləri haqqında məlumat verilib, Ermənistan tərəfindən sülh sazişinin imzalanması üçün tələb olunan addımlar diqqətə çatdırılıb. Çili tərəfi Azərbaycanın sülh gündəliyini dəstəklədiyini qeyd edərək, sülh sazişinin qısa bir zamanda imzalanmasının tərəfdarı olduğunu bildirib.

El canciller Alberto van Klaveren se reunió con el representante del Presidente de Azerbaiyán para misiones especiales, Elchin Amirbayov. Durante el encuentro, ambas autoridades dialogaron sobre las perspectivas de las relaciones bilaterales entre Chile y Azerbaiyán. pic.twitter.com/zNoxLhgZGM
— Cancillería Chile 🇨🇱 (@Minrel_Chile) May 5, 2025