“Naxçıvan Duz İstehsalı”nın 174 minlik tenderini Mehdiyevlərin şirkəti uddu

İQTİSADİYYAT 06 may 2025, 15:00
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Duz İstehsalı” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Demokrat.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) olub.

“Şərq-Qərb” ASC “Naxçıvan Duz İstehsalı” MMC-yə duz qutularının qablaşdırılması üçün karton qutular satacaq və qarşılığında 174 min 42 manat 92 qəpik alacaq.

Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.

ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.

Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.

Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestr məlumatlarında göstərilib ki, “Şərq-Qərb” ASC-nin səhmlərinin 96,5%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.

Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyət küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.

Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu olan general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir. (yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top