Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində bu gün bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb.
Bu barədə Demokrat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Saqr Qobaş bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə töhfə verəcəyinə inamını ifadə edib. Saqr Qobaş ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, xüsusilə iqtisadi əmıkdaşlıq sahəsində əldə olunan nəticələrdən razılığını ifadə edib.
Söhbət zamanı qeyd olunub ki, ölkələrimizi tarixi, dini və mədəni köklər birləşdirir və ikitərəfli əlaqələrimiz qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf edib. Görüşdə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin sədrliyi ilə həyata keçirilən tədbirlər təşkilatın institusional inkişafına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələr verir. O, Birləşmiş Ərəb Əmirlikləri parlamentinin təmsilçilərinin Parlament Şəbəkəsinin tədbirlərində iştirakından məmnunluğunu bildirib.
Federal Milli Şuranın sədri Saqr Qobaş Sahibə Qafarovanı yenidən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri seçilməsi münasibətilə təbrik edərək, beynəlxalq münasibətlərdə müşahidə olunan qütbləşmə və gərginliklər fonunda Parlament Şəbəkəsinin mühüm rol oynaya biləcəyini və ölkəsinin bu platforma çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirib.
Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə BƏƏ-nin COP28-ə sədrliyi arasında çox uğurlu əməkdaşlıq olduğu bildirilib. Həmçinin, COP29 çərçivəsində keçirilən Parlament Toplantısında BƏƏ parlamentinin 3 nümayəndəsinin iştirak etdiyi, tədbirin təşkilində tərəflər arasında təcrübə mübadiləsi aparıldığı da diqqətə çatdırlıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub.Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin spikerləri – Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar. Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi – koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.