“Astana Turizm” Turizmin İnkişafı Mərkəzi ilə Azərbaycan Sağlamlıq və Termal Turizm Assosiasiyası arasında Memorandum da imzalanıb — FOTOLAR

TURİZM 06 may 2025, 12:36
3-4 May tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı  Abu Dabi şəhərində Yaxın Şərq  üzrə Beynəlxalq Tibbi Turizm Sərgisi(MİMTC) keçirilib.Bu tədbirdə ölkəmizi  Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin üzvü eyni zamanda AYDIN PARTNERS MMC-nin  təsisçisi və direktoru Aydın Məhərrəmov  təmsil edib.

Həmçinin Qazaxstanın  “Astana Turizm” Turizmin İnkişafı Mərkəzi ilə Azərbaycan Sağlamlıq və Termal Turizm Assosiasiyası arasında tibbi turizm sahəsində əməkdaşlıq haqqında Memorandum da imzalanıb. Sənədi Qazaxstan tərəfindən Turizmin İnkişafı Mərkəzi “Astana Turizm” MMC-ni İdarə Heyəti sədr müavini Oljas İbrayev Azərbaycan tərəfindən isə Aydın Məhərrəmov imzalayıb.

Bu barədə Turizmplus.az-a Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev bildirib.

Sərginin ikinci günü B&B görüşlərlə davam edib. Daha sonra Abu Dabidə fəaliyyət göstərən sağlıq quruluşlarına ziyarət edilib. Sərgidə Qlobal Sağlamlıq Turizmi Şurasının üzvləri də yaxından iştirak edib.

Qeyd edək ki, MİMTC 2025  dünyanın müxtəlif ölkələrinin sağlıq turizmi təmsilçilərinin görüş yeri olmaqla, bu il bir çox sağlamlıq turizmi müəssisəsini bir araya gətirib.













SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top