Ötən gün Şuşada təntənəli şəkildə təhsil forumu keçirildi. Belə ki, EDU FORUM MMC-nin ( Təhsil Forumu ) və TİHA-nın təşkilatçılığı ilə Qarabağın dilbər guşəsi Şuşa şəhərində keçirilən möhtəşəm Təhsil Forumu bir çox nüanslarla yadda qaldı.
Şuşada keçirilən tədbirin keçirilməsində məqsəd təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdan ibarətdir.
Tədbiri açıq elan edən aparıcı Nərgiz Əhmədqızı Azərbaycan müəllimlərinin böyük məsuliyyət daşıdıqlarını vurğulayaraq sözü qonaqlara ötürdü.
Edu Forum MMC-nin direktoru Yeganə Şirinova təhsildə inkişafa dəstək olmaq üçün belə bir forumun keçirilməsini zəruri hesab etdiklərini vurğuladı: "Hədəfimiz tanınmış təhsil idarəçilərinin, məktəb quruculuğunda birbaşa iştirak edən təhsil menecerlərinin təcrübələrini, nəzəriyyələrini, konseptlərini birbaşa özlərindən dinləmək imkanı yaratmağa çalışmaqdır. Təhsil nə qədər ümumbəşəri dəyər olsa da, onun idarə edilməsi, yönləndirilməsi, heç şübhəsiz, regional, milli xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir. Məhz bunun üçün də təlimçilərin əksəriyyəti ölkəmizdə təhsil ictimaiyyətində qəbul edilən, təhsilə dair yanaşmaları, məktəb quruculuğunda böyük təcrübələri olan dəyərli ziyalılarımızdır".
TİHA-nın sədr müavini Kəmalə İmanlı isə ölkəmizdə təhsillə bağlı aparılan islahatlar, təhsilə müasir dəyərlər baxımından həyata keçirilən yeni baxış istər dövlət, istərsə də özəl sektorda çalışan təhsil işçilərini də bu proseslə ayaqlaşmasını tələb etdiyini bildirdi: "Düzgün təhsil sisteminin qurulması və idarə edilməsi, əlbəttə ki, peşəkar təhsil menecerlərindən başlanır. Biz pedaqoji, elmi-metodoloji baxımdan lazımi işlərin aparıldığını, layihələrin həyata keçirildiyini görürük. Amma etiraf etməliyik ki, təhsil menecmentliyi ilə bağlı istər elmi-nəzəri, istərsə də praktiki işlər qənaətbəxş deyil. Yaxşı təhsil meneceri yaxşı məktəb deməkdir. Bəzən yaxşı müəllim yaxşı idarəçi ola bilmir. Çünki xüsusilə, yeni nəsil idarəetmənin tələbləri fərqlidir".
Təhsil Eksperti Nadir İsrafilov təhsilin həyatımızdakı rolu və keyfiyyət dərəcələrindən danışdı.
SDU-nun Pedaqogika və Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Rima Əyyubova isə çıxışında bu gün təhsildə sosial-psixoloji xidmət peşə fəaliyyəti, təhsilin inkişafında, xüsusən yenilikçi proseslərin başlanğıcında, dəstəklənməsində və araşdırılmasında mühüm rol oynayan bir sistem olaraq qeyd etdi:
"Bunlar olmadan təhsilin daxili inkişafının indiki mərhələsində əsl humanistləşdirməni və həllini tələb edən vəzifələrin həyata keçirilməsi mümükün deyil. Nəzərə almaq lazımdır ki, əsas problemlərdən biri ümumilikdə psixoloji xidmətin və xüsusən də təhsil psixoloqunun fəaliyyətinin məzmunun müəyyənləşdiriliməsidir. Müəllim həm psixoloq, həm də müəllim olmalıdır. O , fərqli insanlarla işləmək bacarıqlarını tətbiq etməyi bacarmalıdır.
Təhsil insanlarda arzu olunan davranışları formalaşdırmağa yönəlib və bu istiqamətdə işləyir. Digər tərəfdən, psixologiya davranışı və onun əsas səbəblərini dərk etməklə məşğuldur. Beləliklə, həm təhsil, həm də psixologiya insan davranışına yönəldilmişdir. Buna görə bir-biri ilə birbaşa əlaqəli olan iki anlayış kimi başa düşülür".
Daha sonra digər natiqlərin çıxışı ilə tədbirin rəsmi hissəsi başa çatdı. İfaçıların vətənpərvərlik ruhunda ifaları ilə forum davam etdi.
Sonda isə tədbir iştirakçılarına sertifikatlar təqdim edildi.