Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov deyib ki, manatlıq taksi anlayışı yoxdur, bir çox hallarda onlar qanunsuz fəaliyyət göstərir. Həmin sürücülərin arxivinə baxanda görürük ki, onlar qazandıqlarını da cərimə ödəyir, amma bu əməldən əl çəkmirlər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, manatlıq taksi anlayışı, müntəzəm sərnişindaşıma və ya qanunvericiliyə uyğun qeydiyyatdan keçmiş taksi xidməti anlamına gəlmir:

“Bu xidmət, adətən bir şəxsin öz fərdi nəqliyyat vasitəsi ilə hər gün eyni marşrut üzrə yaşadığı qəsəbədən şəhər mərkəzinə və ya müəyyən dayanacağa gedib-gəlməsi zamanı digər sərnişinləri, simvolik bir ödəniş müqabilində aparmasıdır. Belə fəaliyyətdə sürücü nə peşəkar taksi lisenziyasına malik olur, nə də bu xidmət dövlət tərəfindən rəsmi olaraq nəzarətə götürülür. Bu səbəbdən də manatlıq taksi nəqliyyat qanunvericiliyinə əsasən rəsmi taksi xidməti hesab edilmir və bu xidmətin təhlükəsizlik, sığorta və digər normativ tələblərə cavab vermədiyi hallarda sərnişinlər üçün risklər yarana bilər. Sərnişin daşımaları təkcə şəhərdaxili deyil, həm də şəhərlərarası səviyyədə həyata keçirilə bilir. Məsələn, Bakı şəhəri daxilində müəyyən marşrut üzrə sərnişin daşıyan vətəndaşlar mövcuddur. Bu xidmətlər gün ərzində təyin olunmuş məbləğ qarşılığında eyni marşrut üzrə təkrar-təkrar həyata keçirilir”.
Ekspert qeyd edib ki, turistik bölgələrdə də bu cür fəaliyyətə rast gəlmək mümkündür:
“Məsələn, Azərbaycanın tanınmış turizm bölgələrindən birində - Şəki yerli sakinlər gün ərzində sərnişin daşıma xidməti göstərirlər. Bu fəaliyyət həm yerli əhali, həm də turistlər üçün əlverişli nəqliyyat imkanı yaradır. Bundan əlavə, Bakı-Şəki istiqamətində şəxsi nəqliyyat vasitəsi ilə müntəzəm səfərlər edən şəxslər də var. Onlar həm həftə ərzində, həm də gündəlik olaraq bu marşrut üzrə sərnişin daşıma xidməti həyata keçirirlər. Bu fəaliyyətin tamamilə dayandırılması hazırkı şəraitdə real görünmür.
Dəfələrlə çağırış etmişik ki, bu sahədə fəaliyyət göstərən şəxslər öz işlərini qanuniləşdirsinlər. Doğrudur, çağırışlara müsbət yanaşaraq fəaliyyətini rəsmiləşdirən şəxslər də var. Lakin, təəssüf ki, qeyri-leqal şəkildə fəaliyyətini davam etdirənlərin sayı da az deyil. Hətta müşahidələrimiz göstərir ki, bu fəaliyyət sahəsinə yeni qoşulanlar da var. Bu isə onu göstərir ki, belə fəaliyyətləri tamamilə aradan qaldırmaq hələlik mümkün olmayacaq”.
Leyla Turan
Demokrat.az