Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiya tərəfinin dəvəti və Abşeron RİH-nin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Lakin nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.
Millət vəkilinin Rusiyada “qara siyahı”ya salınması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İddialara görə, Azər Badamov Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin anti-Azərbaycan bəyanatlarına cavab verdiyinə görə, Rusiyaya girişinə qadağa qoyulub.
Mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandıran Azər Badamov əvvəlcə Moskvada aeroportda başına gələnlərdən söz açıb:
“Biz Moskvada sərhəd nəzarəti keçid prosdurlarından normal şəkildə keçib Həştərxana təyyarəsinə minik vaxtını gözlədiyimiz zaman sərhəd xidmətinin əməkdaşları yaxınlaşaraq sənədlərimlə bağlı anlaşılmazlıq olduğunu bildirərək yenidən yoxlanılması üçün onlarla müəyyən olunmuş yerə gəlməli olduğumu bildirdilər.
Təbii ki, onlarla getdim və sərhəd xidmətinin məlumat bazası ilə yoxlama aparıldıqdan sonra mənim Rusiyaya girişimə qadağa qoyulduğunu bildirdilər.
Belə bir xəbərin eşitmək gözlənilməz oldu və müəyyən qədər təəccübləndim. Çünki mənim Rusiya dövlətinin təhlükəsizliyinə, xalqına qarşı qərəz doğuracaq hərəkətlərim və ya da açıqlamalarım olmayıb. Mənə təqdim olunan bildirişdə isə dövlətin təhlükəsizliyi və ictimai sabitliyi qorunması məqsədi ilə girşimə qadağa qoyulduğunu bildirildi.
Əvvəlcə bu qərarın bir yanlışlıq olduğunu hesab etdim. Çünki illərdir ki, Azərbaycan Rusiya parlamentlərarası işçi qrupunun və Federal Məclisi ilə birgə komisiyanın üzvü olaraq Moskvaya müətəmadi səfərlərimiz olub və ölkələrimiz arası münasibətlərin inklişafına parlament müstəvisində töhfə verməyə çalışmışıq. Həm də 20 apreldə Rusiyada rəsmi səfərdə olumuşam və sərhədi heç bir mane olmadan kedib qayıtmışam. Bu baxımdan Moskvada açıqlanan qadağa qərarı mənim üçün gözlənilməz oldu”.
Azər Badamov hesab edir ki, bu qərarın verilməsinin kökündə Rusiya Dumasının deputatı Nikolay Valuyevin azərbaycanlıları təhqir edən çıxışına verdiyi cavab dayanır:
“Əgər bu qərar yanlışlıq deyilsə və ya da Nikolay Valuyevə verdiyim cavabıma görədirsə, bunun məntiqsiz və qeyri-dost addım olduğunu hesab edirəm. Həm də bildirmək istəyirəm ki, dövlətimizi və xalqımızı təhqir və təhdid edən hər bir şəxsə onun kim olmasından asıllı olmayaraq bundan sonra da çox ciddi cavabımı verəcəyəm.
Amma Moskvada mənə qarşı olunmuş ədalətsiz hərkəti yanlışlıq hesab edirəm və Rusiya XİN-in bu məsələyə aydınlıq gətirəcəyini və hadisənin anlaşılmazlıq üzündən baş verdiyini bildirəcəyini gözləyirəm”.