"Düşünürəm ki, kolleclərin ali təhsil müəssisələrinə birləşdirilməsi və 4 pilləli təhsil sisteminə keçidin zamanı çatıb. Bu, kolleclərin universitetlərin nəzdinə verilməsi demək deyil. İlk 2 il subbakalavriat, sonra 2 il bakalavriat, daha sonra 2 il magistratura və sonda doktorantura olmalıdır".
Bunu Demokrat.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.

O bildirib ki, əsas hədəflərdən biri dünyadakı aparıcı təhsil sistemlərinə inteqrasiya məsələsidir və beynəlxalq təhsil sistemində ali təhsilin 4 səviyyəsi var:
"Subbakalavr, bakalavriat, magistratura və doktorantura. Amma bizdə qanunvericiliyə uyğun olaraq ali təhsilin üç pilləsi mövcuddur: bakalavriat, magistratura və doktorantura. Nəticə etibarilə, kolleclər subbakalavr rolunu oynayır.
Bu gün ölkənin əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığı məsələsini ali təhsil müəssisələri yerinə yetirir. Bu baxımdan kolleclərin ləğv edilib, ən yaxşı halda ali təhsil müəssisələrinə yerləşdirilməsi, subbakalavriat, bakalavriat, magistratura və doktorantura səviyyəsinin tətbiqi daha məqsədəuyğundur.
Kim subbakalavr təhsili alıb işləmək istəyirsə, müvafiq sənədi alıb işləyəcək. Daha yüksək ixtisaslı mütəxəssis olaraq əmək bazarına çıxmaq istəyirsə, əlavə olaraq bakalavriatı oxuyacaq".
Son olaraq kolleclərin ləğvində gecikdiyimizi qeyd edən ekspert bu qərarın dövlət büdcəsinə qənaətə də səbəb olacağını bildirib.
Cavidan Mirzəzadə
Demokrat.az