General Bəxtiyar Ersay Azərbaycandan gedir?

SOSİAL 14 avqust 2025, 11:00
Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı, Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersaya yeni vəzifə verilib. Sərəncama əsasən, Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub.

Xatırladaq ki, avqustun 5-də imzalanmış digər sərəncamla Bəxtiyar Ersaya ordu generalı rütbəsi də verilib.

Qeyd edək ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın son sərəncamı bir məsələni gündəmə gətirib: məsələ burasındadır ki, general Bəxtiyar Ersayın komandan təyin olunduğu Birinci Ordu korpusu Türkiyənin əsas ordu birləşməsi sayılır və qərargahı İstanbul şəhərində yerləşir. Belədə sual yaranır ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsini tərk edərək Türkiyəyə qayıdacaq?

Demokrat.az xəbər verir ki, məsələ ilə əlaqədar hərbi mənbələrdən Modern.az-a bildirilib ki, general Bəxtiyar Ersayın Azərbaycandakı vəzifəsinə, yəni müdafiə nazirinin müşaviri kimi fəaliyyətinə davam edib-etməyəcəyi Türkiyə tərəfinin bu barədə verəcəyi qərardan asılı olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 avqust 2025, 13:24
14 avqust 2025, 12:36
Top