Məşhur tennisçi teleekspert olacaq — FOTO

İDMAN 05 may 2025, 08:46
7 dəfə "Böyük dəbilqə" turnirlərinin qalib olmuş, ABŞ-li tennisçi, dünyanın sabiq birinci raketkası Venus Uilyams "TNT Sports" kanalında ekspert kimi debüt edəcək.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, o, "Rolan Qarros-2025"də ulduz ekspertlər komandasına qoşulacaq.

Ekspertlər qrupuna, həmçinin digər məşhur tennisçilər də daxil olacaq.

Qeyd edək ki, 44 yaşlı Venus Uilyams hələ rəsmi olaraq karyerasını bitirdiyini elan etməyib. Sonuncu dəfə o, yarışda 2024-cü ildə çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top