“Birinci qızımla xanımıma zəng etdim” — Özgür Özəldən ilk açıqlama

DÜNYA 04 may 2025, 16:38
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl məruz qaldığı fiziki zorakılıqdan sonra ilk dəfə açıqlama verib.

Demokrat.az xəbər verir ki, Özgür Özəl bunu “siyasətə olunan hücum” adlandırıb:

“Hadisədən sonra birinci qızımla xanımıma zəng etdim. Onlara işimin başında olduğumu bildirdim. Qızım nigaran qaldığı üçün ona baş çəkdim.

Liderlər həbs olundu, qarayaxma cəhdləri oldu. “Çirkli” məlumatlar ətrafda uçuşur. Zəng edib qınayırlar. Mən bunu siyasətə hücum kimi də qiymətləndirirəm. Nə olursa olsun, biz zorakılığa göz yummamalıyıq. Qütbləşmə heç kimə fayda vermir. Hücumlar bizi ruhdan salsaydı, sədrliyə talib olmazdıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top