Qatar 15 dəqiqə tuneldə qalıb — VİDEO

GÜNDƏM 03 may 2025, 19:17
Xəbər verdiyimiz kimi, bu gün “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

“Qafqazinfo” xəbər verir ki, elektrik enerjisinin kəsilməsi ilə qatarlardan biri tuneldə qalıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, qatarın tuneldə qalma müddəti 15 dəqiqə olub.

Qeyd edək ki, daha sonra yaranan problem aradan qaldırılıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top