Böyük Britaniya: "Ukrayna ilə ABŞ arasındakı saziş dəhşətlidir"

DÜNYA 03 may 2025, 22:21
ABŞ-ın təklif etdiyi mineral sazişi dəhşətlidir, lakin Ukrayna bunu qəbul etməlidir. 

Demokrat.az
xəbər verir ki, bu barədə Britaniyanın "The Times" nəşrinin köşə yazarı Mark Qaleotti bildirib. Məqalədə deyilir ki, saziş dəhşətlidir və beynəlxalq hüquqa  ziddiyyət təşkil edir. 

O bildirib ki, Tramp Ağ Evin sükanı arxasında qaldığı müddətdə Ukrayna və ya onun digər Qərb müttəfiqləri üçün şərait yaxşılaşmayacaq.Aprelin 30-da Vaşinqton və Kiyev nadir torpaq metalları haqqında saziş imzalayıb.

Müqavilə İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur, onun fəaliyyəti Ukrayna və ABŞ arasında hasilat sektorunda birgə layihələrin həyata keçirilməsi ilə bağlı olacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top