Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi

DÜNYA 03 may 2025, 20:44
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin Baş naziri Binyamin Netanyahunun təyyarəsinə öz hava məkanlarından uçmağa icazə verildiyi iddiaları ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Keçeli öz çıxışında həmin iddiaları təkzib edib.

“İsrail Baş nazirinin təyyarəsinə uçmağa icazə verildiyi barədə iddialar tamamilə səhvdir. Bu istiqamətdə bizə heç bir müraciət daxil olmayıb” , - o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top