Ukrayna Rusiya ilə 30 günlük atəşkəsə hazırdır

DÜNYA 03 may 2025, 15:59
Ukrayna Rusiya ilə atəşkəsə hazırdır, lakin ABŞ-ın təklif etdiyi strategiyaya uyğun olaraq 30 günlük atəşkəsdə israrlıdır.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.

“Qeyd-şərtsiz atəşkəs amerikalıların təklif etdiyi modeldir. Biz ona əməl edirik. Bəli, 30 gün cəhd edək. Niyə 30 günlük atəşkəs olmasın?”, - deyə Zelenski vurğulayıb.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin mayın 7-dən 9-dək üç gün ərzində elan etdiyi atəşkəsi teatr tamaşası adlandırıb. Dövlət başçısı vurğulayıb ki, iki-üç günə müharibə bitdikdən sonra növbəti addımlar üçün hansısa plan hazırlamaq mümkün deyil. O, həmçinin əlavə edib ki, yüksəkkeyfiyyətli monitorinq olmadan tam atəşkəsə nail olmaq mümkün deyil.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin mayın 7-dən 8-dək və mayın 10-dan 11-dək atəşkəs elan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top