Təbrizin “Traktor” klubu tarixində ilk dəfə İran Pro Liqasının çempionu olub.
Yeniavaz.com xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən klublarımız Təbriz təmilçisi “Traktor”u bu uğuru münasibətilə təbrik ediblər.
“Neftçi”, “Qarabağ”, “Turan Tovuz”, “Zirə”, “Sumqayıt” və “Kəpəz” klubları bu barədə sosial media hesablarında təbriklər yerləşdiriblər.
Qeyd edək ki, “Traktor” sona 2 tur qalmış ən yaxın rəqibi “Sepahan”la xal fərqini 8-ə çatdırıb. Ötən gün baş tutan oyunda Təbriz klubu “Şəms Azar”i (Qəzvin) dörd cavabsız qolla məğlub edib.