"9 Mayda Moskvada nəsə olsa, Ukraynada 10 may olmayacaq" — Kreml hədələdi

DÜNYA 04 may 2025, 09:09
Rusiya Ukrayna prezidentinin 9 May bəyanatına təhdidlə cavab verib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 May – Qələbə Günü münasibətilə Moskvaya gələcək xarici dövlət nümayəndələrinin təhlükəsizliyinə Kiyev tərəfindən zəmanət verilə bilməyəcəyini bildirməsinə Rusiya tərəfindən sərt və hədə dolu reaksiyalar gəlib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidentinin bu açıqlamasını “xarici liderlərə yönəlmiş təhdid” kimi təqdim edib. O bildirib ki, Zelenski guya Moskvaya gələcək dövlət başçılarını qorxutmaq niyyətindədir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə daha irəli gedərək bildirib ki, əgər 9 Mayda Moskvada Ukraynanın hansısa “təxribatı” baş verərsə, “heç kim Kiyevdə 10 Mayın gələcəyinə zəmanət verə bilməz”. (musavat)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 may 2025, 10:27
Top