Mahir Emreli Berlin klubunun təklifini geri çevirdi

İDMAN 03 may 2025, 15:47
"Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqanın digər təmsilçisinin təklifini rədd edib.

Demokrat.az "Club Focus" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Herta" (Berlin) kollektivindən gələn təklifə "yox" deyib. Forvardın hələlik karyerası ilə bağlı qərar vermədiyi bildirilib.

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən "Nürnberq"də çıxış edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top