Hacıqabul şəhərində iməcilik keçirildi.
3 may 2025-ci il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul şəhərində iməcilik keçirilmişdir. İməcilikdə rayonun idarə-müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları iştirak etmişdir.
Keçirilən iməcilik zamanı Hacıqabul şəhəri ərazisində abadlıq və təmizlik işləri görüldü, yaşıllıq zolaqları alaq otlarından təmizləndi, istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının, təmizlənməsi işləri görüldü.
Eyni zamanda ərazidə mövcud olan yaşıllıq və ağacların suvarılması, ağac və kollarda budamanın aparılması işləri görüldü, ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi.