Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür.
Demokrat.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.
O qeyd edib ki, zaman-zaman tarixi ədalətsizliklərlə türk dövlətlərini ayırmaq istəsələr də, buna nail ola bilməyiblər:
“Bu gün türk dünyası reallıq və tarixi missiyadır. Türk dünyası həm də mirasdır və biz bu mirası qorumalıyıq. İkinci Qarabağ müharibəsində qazanılan qələbə bütün türk dünyasının zəfəridir. Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi böyük türk dünyasının körpüsüdür”.
A.Əliyeva daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətindən söz açaraq vurğulayıb ki, bu il Azərbaycan və Qazaxıstan qeyri-hökumət təşkiıatlarının forumu keçiriləcək:
“Həmçinin Türk Dövlətləri Təşkilatı ölkələrinin qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyətlərinin iclası olacaq”.