Vatikan yeni Papa seçkilərinə hazırlaşır

DÜNYA 02 may 2025, 20:37
Vatikan simvolik elementi olan Sikstin kapellasının damında baca quraşdırılması ilə müşayiət olunacaq papa konklavına fəal şəkildə hazırlaşır. 

Demokrat.az
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yanğınsöndürənlər bu gün Vatikan ibadətgahının damında baca quraşdırıblar. Bu, mayın 7-də keçiriləcək mirasim hazırlıq üçün əsas addımdır.

Konklav Papa Fransiskin varisini seçəcək. 

Baca səsvermənin nəticələrini bildirmək üçün çox vacibdir. Səsvermənin ikinci turundan sonra kardinalların bülletenləri xüsusi sobada yandırılır və məhz bacadan çıxan tüstü səsvermənin bitdiyini bildirir.

Pontifik postu üçün favoritlər arasında üç italyan var. 

Papa Fransisk aprelin 21- də vəfat edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top