Fəxrəddin Manafov və İlham Qasımov ARKA-nın Müşahidə Şurasına üzv təyin edilib

MƏDƏNİYYƏT 02 may 2025, 15:18
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzv təyin olunub.

Demokrat.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov həmin vəzifəyə təyinat alıb.

Nazirin daha bir əmri ilə Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov da Şuraya üzv təyin edilib.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top